Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:13

Rauf Mirqədirovun işi ilə bağlı daha bir ictimai fəal dindirilib


Ramin Hacılı

Ramin Hacılı

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı həbsdə olan «Ayna-Zerkolo» qəzetinin jurnalisti Rauf Mirqədirovun işi üzrə ifadə verib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşləri üzrə İstintaq İdarəsində dindirilən Ramin Hacılı şahid qismində dindirildiyini bildirib.

O, bu barədə Facebook profilində yazıb. İstintaqla bağlı detallı məlumat verməsə də, qeyd edib ki, «Tanrı kimi hər şeyə agah olduğum düşüncəsi suya düşdü».

Bir neçə ildir Türkiyədə yaşayan Rauf Mirqədirov aprelin 29-da ordan deportasiya olunub. Bakıya çatan kimi də həbs olunub.

Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG