Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:51
-
Türkiyə Cümhuriyyəti Türk Dünyası Mədəniyyət Paytaxtı Agentliyinin təşəbbüsilə mayın 26-dan 28-dək Eskişehirdə (Türkiyə) Osmanqazi Universitetində “Türk Dünyasının Mütəfəkkirləri” adlı sammit keçirilir.

AMEA-nın yaydığı xəbərə görə, sammitin keçirilməsində məqsəd türk dünyasının elmi və mədəni əlaqələrini genişləndirmək və möhkəmləndirmək, türk dünyasının mənəvi resurslarını öyrənmək, inteqrasiyanı sürətləndirmək və ünsiyyəti artırmaqla birlik və bütövlük ideyasını dəstəkləməkdir.

Dünyanın müxtəlif ölkələrindən 150, Türkiyədən 350 elm adamının iştirak etdiyi tədbirdə Azərbaycanı AMEA Folklor İnstitutunun əməkdaşları təmsil edir.

Sammitin proqramına Ağaverdi Xəlilin “Mahmud Kaşqarlının xalq yaradıcılığını öyrənmə metodları”, Seyfəddin Rzasoyun “Əbülqazi Bahadır xanın türkmən mədəniyyətinin öyrənilməsindəki rolu”, Əziz Ələkbərlinin “Yunis İmrə və Azərbaycan”, Ramazan Qafarlının “Bəxtiyar Vahabzadə və türk dünyası”, Qalib Sayılovun “Nəsiminin insan konsepti və islam” adlı məruzələri daxil edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG