Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:36

"Qanun" Nəşriyyatı Cümhuriyyət Gününə hədiyyə hazırlayıb


Məhəmməd Əmin Rəsulzadə əsərlərinin 5-ci cildi

Məhəmməd Əmin Rəsulzadə əsərlərinin 5-ci cildi

-


Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin 5-ci cildini çap edib.

Kitabı araşdırıb toplayan, ərəb əlifbasından latın əlifbasına çevirən, ön sözün müəllifi, lüğətin tərtibçisi Professor Şirməmməd Hüseynovdur.

Kitab "Qanun" Nəşriyyatının hesabına nəşr olunub.

Nəşriyyat kitabı belə təqdim edib:

“Neçə min illik dövlətçilik tarixi və ənənəsi olan Azərbaycanda ilk dəfə “Azərbaycan” adlı müstəqil, demokratik Xalq Cümhuriyyəti dövlətinin banisi, İstiqlal hərəkatının bayraqdarı, “Müsavat” partiyasının lideri və ideoloqu M. Ə. Rəsulzadənin əsərlərinin V cildinə onun 1918-ci il fevral -1920-ci il aprel aylarında mətbuatda və rəsmi sənədlərdə dərc edilmiş 100-dən artıq əsəri daxil edilmişdir.

Tariximizin bu mötəbər dövrünün həm böyük yaradıcı memarı və həm də istedadlı tarixçisi olan M. Ə. Rəsulzadənin zəngin irsinin tədqiqi, öyrənilməsi və təbliğində bu əsərlər ən qiymətli mənbələrdən sayıla bilər”.

V cildin transliterasiya redaktorları professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğludur (Mirzəyev).

Xatırladaq ki, "Qanun" Nəşriyyatı Məhəmməd Əmin Rəsulzadənin Əsərlərinin IV cildini 2013-cü ildə onun 129-cu doğum gününə hədiyyə etmişdi.

M.Ə. Rəsulzadənin Əsərlərinin 1-ci cildi (1903-1909) 1992-ci ildə, 2-ci cild (1909-1914) 2001-ci ildə, 3-cü cild (1915-1916) 2012-ci ildə, 4-cü cild (1903-1918) 2013-cü ildə çıxıb.

Bütün cildləri Rəsulzadə irsinin yorulmaz araşdırıcısı Şirməmməd Hüseynov hazırlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG