Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:21

​Hindistanın yeni lideri Pakistanın baş naziri ilə görüşəcək





Mayın 27-də Hindistanın yeni baş naziri Narendra Modi ilk iş günündə pakistanlı həmkarı Nawaz Sharif-lə görüşəcək. Birinci dəfədir ki, Pakistan lideri Nyu Dehlidə rəsmi danışıqlar aparır.

2008-ci ildə Pakistan yaraqlılarının Mumbaya hücumunda 166 nəfər həlak olub. Bundan sonra ikitərəfli münasibətlər pisləşib.

Çoxları Pakistanda Modi-yə şübhəylə yanaşır. 2002-ci ildə onun doğma ştatında müsəlmanlar əleyhinə iğtişaşlarda azı 1.000 nəfər ölüb.

Modi Əfqanıstan, Shri Lanka, Nepal, Banqladeş, Maldiv liderləri ilə də qısa təkbətək görüşlər keçirəcək. O, mayın 26-da Hindistanın 15-ci baş naziri kimi and içib.

Günün bütün mövzuları

XS
SM
MD
LG