Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:10

28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür


Arxiv foto: M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsi
Arxiv foto: M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsi
-

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasından 96 il ötür.

1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tbilisidə Azərbaycanın müstəqilliyini elan edib. Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığını bütün dünyaya bəyan edib.

Cümhuriyyət 23 aylıq fəaliyyəti dövründə bir sıra islahatlar həyata keçirmiş, müstəqil dövlətin atributlarını formalaşdırmışdı. Ermənistanın təcavüzünə cavab vermək üçün Müdafiə naziri MehmandarovŞıxlınskinin rəhbərliyi ilə az müddət ərzində Azərbaycan Milli Ordusu yaradıldı. Bu ordu 1920-ci ilin yazında Zəngəzurda uğurlu hərbi əməliyyat keçirərək qırğınların qarşısını aldı.

Şərqdə ilk dəfə olaraq parlament yaradıldı. Millətin öncül nümayəndələri, ziyalılar, siyasi xadimlər parlamentdə təmsil olundu.

1918-ci ilin mart qırğınları ilə bağlı araşdırma komissiyası formalaşdırıldı. Bu komissiyanın tədqiq etdiyi materiallar azərbaycanlıların Xalq Komissarlar Soveti tərəfindən kütləvi şəkildə məhv edildiyi faktlarını aşkarladı.

Tobçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti Versal sülh konfransına qatıldı. Onların səyi nəticəsində Birinci Dünya Müharibəsinin qalibi olmuş Antanta dövlətləri Azərbaycanın de-fakto müstəqilliyini tanıdı.

AXC-NİN HÜQUQİ VARİSİ

Parlamentdə Müsavat fraksiyasının lideri Məmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə Bakı Dövlət Universiteti yaradıldı. Cümhuriyyət hökuməti maddi çətinliklərə baxmayaraq yüz nəfər tələbəni xaricə təhsil almağa göndərdi.

Fətəlixan XoyskiNəsib bəy Yusifbəylinin baş nazirliyi ilə demokratik prinsiplər əsasında beş dəfə hökumət formalaşdırıldı. Bu hökumətlər müstəqil dövlətin siyasi-iqtisadi əsaslarını möhkəmləndirmək üçün fəaliyyət göstərirdi.

1920-ci ilin aprelin 27-də Sovet Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində isə Cümhuriyyət süqut edib. AXC-nin yaradıcıları xaricə mühacirət etməyə məcbur edildi. Baş nazirlər F.Xoyski, N.Yusifbəyli qətlə yetirildi, digər görkəmli dövlət xadimlərinin ailələri və yaxınları repressiyalara məruz qaldılar.

71 il sonra isə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edib.

Müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin hüquqi varisidir və bu gün Azərbaycanda dövlət səviyyəsində qeyd olunur.

Mayın 27-də prezident İlham Əliyev Cümhuriyyətin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG