Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:33


Avropanın Enerji Komissarı deyir ki, Kiyevin qaz təchizatına görə Moskvaya borcu üzrə Rusiya və Ukrayna arasında irəliləyiş var. Mayın 26-da Berlində danışıqlardan sonra Guenther Oettinger-in sözlərinə görə, tərəflər bir razılaşmanı nəzərdən keçirirlər. Sənədə görə, Ukrayna mayın 29-dək Rusiyaya olan qaz borcunun 2 milyard dollarını, iyunun 7-dək 500 milyon dollarını ödəyəcək.

Oettinger deyib ki, tərəflər sazişə razılaşsalar, Ukraynanın Rusiyaya ödəyəcəyi qaz pulu üzrə danışıqlar mayın 30-dan sonra keçirilə bilər.

Ukraynanın enerji naziri bildirib ki, mübahisənin həlli üçün tərəflər hələlik razılığa gəlməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG