Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:59



Misirdə prezident seçkisinin ikinci və sonuncu günüdür. Bir il əvvəl Muhammad Morsi-nin devrilməsindən sonra bu, ilk prezident seçkisidir.

İslamçı liderə qarşı kütləvi çevrilişə rəhbərlik etmiş general Abdel Fattah al-Sisi-nin prezident olacağı gözlənir. Onun yalnız bir rəqibi var – solçu siyasətçi Hamdeen Sabahi.

Misirdə iqtisadiyyat durğunluq içindədir, islamçı zorakılığı artır. Tərəfdarları deyir ki, Sisi Misirə lazım olan güclü liderdir.

Opponentlər isə onu çevrilişdə, Morsi-nin yüzlərlə tərəfdarının ölümündə, minlərlə şəxsin həbsə atılmasında ittiham edir.

Human Rights Watch-un dəyərləndirməsinə görə, saxlanan siyasi dissidentlər və islamçıların sayı 20 mindən çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG