Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:48

Bakıda mərkəzi küçələrdən biri təmirə görə bağlanıb


-
Bu gün Bakının Həsən Əliyev küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinədək olan hissə artıq bağlanıb.

Hazırda ərazidə kommunikasiya xətlərinin qazılmış xəndəklərində kipləşdirmə işləri aparılır.

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, həmçinin kommunikasiya quyularının dəmir-beton piltələri dəyişdirilir: “Bundan sonra isə frezlənmə üsulu ilə köhnə asfalt-beton örtüyü qaşınacaq və yeni asfalt-beton örtüyü salınacaq”.

Bütün bu işlər 10 gün davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG