Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:50

240 min manat rüşvət almaqda ittiham olunur


-
Müəllimlər İnstitutunun Qazax filialının keçmiş direktoru İsa Veysov həbs olunub.

Baş Prokurorluğun mayın 26-da yaydığı məlumatına görə, İsa Veysov saxta sənədlər əsasında filiala müsabiqədənkənar 36 şəxsi qəbul etməkdə və onlara saxta diplomlar verməkdə ittiham olunur.

Onun bu işə görə ayrı-ayrı adamlardan ümumilikdə 240 min manat rüşvət aldığı bildirilir.

İsa Veysov barəsində Cinayət Məcəlləsinin «vəzifə səlahiyyətlərindən sui-istifadə», «rüşvət alma» və «vəzifə saxtakarlığı» maddələri ilə həbs qətimkan tədbiri seçilib.

Həbs olunan keçmiş direktorun vəkili və yaxınlarının məsələyə münasibətini hələ ki öyrənmək mümkün olmayıb.
XS
SM
MD
LG