Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:27

Bu məlumatlar olmadan avtomobil qeydiyyata alınmayacaq


-
Mayın 26-da prezident İlham Əliyev «Yol hərəkəti haqqında» qanuna edilən dəyişikliklərinin qüvvəyə minməsi haqqında sərəncam imzalayıb.

Bu barədə prezidentin rəsmi saytında məlumat verilib.

Qanunun 27-ci maddəsinə edilən dəyişikliyə görə, nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini, elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini təqdim etməlidirlər.

Nəqliyyat vasitəsi başqa regionda təkrar qeydiyyatdan keçirilərsə, yeni regionda qeydiyyata alınma əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG