Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:24

«JEK» müdiri rüşvət ittihamı ilə saxlandı


Arxiv fotosu
Arxiv fotosu
-

Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 117 saylı mənzil istismar sahəsinin rəisi Bəşir Bəşirovla «Ekspress servis» MMC-nin direktoru Rövşən Muradov həbs ediliblər.

Baş Prokurorluğun mayın 26-da yaydığı məlumata görə, həmin şəxslər paytaxt sakininə məxsus mənzilin özəlləşdirilməsi üçün ev sahibindən 2 min manat rüşvət alarkən saxlanıblar. Məlumatda qeyd edilir ki, baxış zamanı B.Bəşirovun üzərindən daha 2 min 500 manat pul aşkar edilib.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin «rüşvət alma» maddəsi ilə cinayət işi açılıb. Barələrində həbs qətimkan tədbiri seçilib.

Saxlanan şəxslərin vəkilləri və yaxınlarının məsələyə münasibətini öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG