Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:55

Deputat mandatını 7.5 milyon avroya satmaqda ittiham olunur


Rusiya Dövlət Dumasının zalı
Rusiya Dövlət Dumasının zalı
Rusiyada Kommunist Partiyasından olan deputat Konstantin Shirshov 5 il azadlıqdan məhrum edilib.

Shirshov Moskva regionunun bir sakininə söz veribmiş ki, 7,5 milyon avro müqabilində onu parlamentin deputatı edəcək. İttihama görə hadisə 2011-ci ildə olub.

Mayın 26-da Moskva məhkəməsi Shirshovu 700 min rubl cərimə edib. Bu, təxminən 20 min 500 dollardır.

Shirshov ittihamı rədd edir və Ali Məhkəməyə şikayət edəcək.
XS
SM
MD
LG