Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:22

Vasif Talıbovun Naxçıvan elmindəki rolu...


Naxçıvan
Naxçıvan
-

Şərq qapısı 24.05.2014

Tarixi və yeni İpək Yolu üzərində yerləşən Naxçıvan çox mühüm coğrafi-strateji əhəmiyyət daşıyır

...ABŞ-da keçirilən beynəlxalq konfransda Naxçıvanın tarixi və mədəni nailiyyətlərini özündə əks etdirən ingilisdilli kitab, jurnal və təbliğat materialları sərgilənib, İpək Yolu üzərində Naxçıvanın əhəmiyyəti müzakirə edilib. Müsahibimiz tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevdir.

– ...Konfrans haqqında danışmazdan öncə bu konfransda iştirak üçün mənə şərait yaradan dövlətimizə minnətdarlığımı bildirirəm. Bu gün Naxçıvanda elmin inkişafı, xüsusilə tarix elminin inkişafı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bu sahəyə diqqət və qayğısının nəticəsidir.

Beynəlxalq İpək Yolu Konfransı artıq bir neçə ildir ki, Çikaqo şəhərində təşkil olunur. Məqsəd İpək Yolu üzərində tarixən mövcud olan dövlətlərin tarixi, mədəni, iqtisadi məsələlərinin təqdimatı və müzakirəsindən ibarətdir. Yeni bərpa olunan İpək Yolu artıq, sadəcə, quru yol deyil, “Dəmir İpək Yolu, Dəniz İpək Yolu, Hava İpək Yolu, Enerji İpək Yolu, Fiber-optik İpək Yolu, Mədəniyyətlərin İpək Yolu” və sair kimi ifadələrlə yeni məzmun qazanmışdır.

...Son illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bilavasitə qayğısı ilə Naxçıvanda olan qədim tarixi memarlıq abidələrimiz yüksək zövq və ustalıqla bərpa olunmuşdur ki, bunların da bir çoxu vaxtilə Böyük İpək Yoluna xidmət edən abidələr siyahısındadır. Məsələn, Xanəgah Memarlıq Kompleksi, Naxçıvanın orta əsr körpüləri, Əlincə qalası, Naxçıvanqala və sair.

Naxçıvanda Böyük İpək Yoluna birbaşa xidmət edən bu tarixi abidələrin dünya əhəmiyyətli abidələr siyahısına salınması elmi və məntiqi baxımdan bölgəmizin daha geniş şəkildə təbliğinə şərait yarada bilər.
XS
SM
MD
LG