Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:08
-

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riсhard Morningstar avqustun 1-də Azərbaycanı tərk edəcək.

Bu barədə APA-ya səfirliyin mətbuat ofisindən məlumat verilib. «Səfirin 2 ay bundan öncə Xarici İşlər Nazirliyinə məlumat verdiyi kimi, o, ölkəni avqustun 1-də tərk edəcək. Onun daha əvvəldən də niyyəti belə olub», deyə rəsmi məlumatda qeyd edilir.

Səfirlə vida mərasiminin keçiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən mətbuat ofisindən qeyd ediblər ki, bu tədbir başqa təşkilat tərəfindən təşkil olunur, buna görə məsələyə şərh verə bilməyəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG