Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:40

Mayın 25-də kim uddu, kim uduzdu? - Mətbuat icmalı


Ukraynada prezident seçkilərinin qalibi kim oldu? Ermənistanda məktəblərdə şahmatın tədrisi britaniyalıların çox xoşuna gəlib. İranda bank fırıldaqçısını asdılar- Mətbuat icmalı

Washington Post qəzeti yazır ki, Ukraynada korrupsioner və avtokratik hökuməti yıxanlar azad və ədalətli seçkidə səs verdilər. Ancaq əhval sevindirici deyildi. Qəzet yazır ki, mayın 25-dəki prezident seçkilərinin qalibi - Kiyevdə Maydanda Yanukovich hökumətini yıxan idelaist gənclik deyildi, Ukraynanın milyarder biznes maqnatı Petro Poroshenko idi.

Poroshenko Maydan hərəkatına qoşulmaqla hökumətin zorakılığının qabağını almağa kömək etdi, ancaq onun özü Ukraynanın iflasa uğrayan keçmişinin tərkib hissəsi olub- həm yarıtmaz hökumətin, həm oliqarxların, həm də əfsanəvi korrupsyanın. Poroshenko müxtəlif prezidentlər dövründə son 3 hökumətin üzvü olub.

Qəzet yazır ki, Maydana toplaşanların birinci hədəfi Yanukovich idisə, ikinci hədəf məhz oliqarxlar idi. Ancaq Rusiyanın Ukraynaya təcavüzü sayəsində oliqarxlar Ukraynada bu son inqilabi proseslərdən daha da güclənmiş çıxdılar.

Bütün bunlarla yanaşı, qəzet hesab edir ki, Qərb diplomatları Poroshenkonun Rusiya ilə dil tapacağına böyük ümid bəsləyirlər. Bir Qərb rəsmisi deyir ki, “əgər Putin Ukrayna ilə problemləri yoluna qoymaq istəyirsə, bunu Poroshenko ilə edəcək”.

AVROPA DAŞ KÖMÜRƏ QAYIDA BİLƏR

New York Times qəzeti yazır ki, Avropa Birliyinin enerji təhlükəsizliyi çox böyük sınaqla üzləşib. Əgər Putin Ukryananın sabitliyini pozmaqda davam etsə, Qərbi Avropanın qaz təchizatının 15 faizi kəsilə bilər.

Qəzet yazır ki, Putinin Kremli Avropa enerjisinə ən böyük təhlükədir.

Qəzet xatırladır ki, Qazprom Avropanın işlətdiyi qazın 27 faizini verir və hesab edir ki, Avropa təcili olaraq Rusiyadan asılılığı azaldan strategiya hazırlamalıdır.

Qəzet bunlar arasında daş kömürü də göstərir və yazır ki, Avropa boyu daş kömürlə işləyən elektrik stansiyalarının yenidən canlandırılması Avropanın enerji təchizatını xeyli yaxşılaşdıra bilər.

İFRAT SAĞLAR AVROPADA GÜCLƏNİR

Həftəsonu Avropa Pralamentinə seçkilərdə Avropa Birliyi əleyhinə partiyalar böyük uğur qazandı. Financial Times qəzeti yazır ki, belə uğur indiyə kimi görünməmişdi.
Fransada Marine Le Penin ifrat sağçı Milli Cəbhə prezident Holandenin hakim sosialist partiyasını və sağ mərkəzçi partiyaları seçkidə ağır məğlubiyyətə
uğradaraq 26 faiz səs topladı, hakim sosialistlər - cəmi 14 faiz. Fransanın baş naziri bu qələbəni “şok” və “zəlzələ” adlandırır.

Le Pen deyib ki, bu qələbə “bizim mili kimliyimizi Avropa Birliyindən ayırmaqda” uzun yolun birinci addımıdır.

Onun sözlərinə görə, bu günki səsvermə “Avropa Birliyinin kütləvi şəkildə rədd olunmasıdır”.

Avropa Birliyi əleyhinə olan partiyalar arasında Britaniyada Müstəqillik partiyası, Yunanıstanda Syriza partiyası ilkin nəticələrə görə böyük uğur qazanıblar.
Avro inteqrasiyanın əleyhinə Danimarkanın Xalq partiyası səslərin 25 faizini yığıb.
Almaniyada anti-avro partiyası – Almaniya üçün Alternativ partiyası azı 7 faiz səs toplayıb.

ERMƏNİSTAN SUPERGÜCDÜR...ŞAHMATDA

New Republic məcmuəsi yazır ki, Ermənistan beynəlxalq aləmdə supergücdür... şahmatda.

Keçən ay Britaniyanın Müəllimlər assosiasiyasının keçmiş prezidenti Hank Roberts təklif edib ki, şahmat məktəblərdə məcburi tədris olunsun.

New Republic yazır ki, şahmatın icbari tədris olunduğu bir ölkə var, o da Ermənistandır.

Daily Telegraph qəzəetinin şahmat şərhçisi Malcolm Pein Ermənistan təcrübəsini görəndə, məktəblərdə şahmatın tədrisinin “inanılmaz dərəcədə yaxşı olmasının” şahidi olub. Onun fikrincə, şahmatın tədrisi uşaqların müxtəlif əşyaları və hadisələri təsəvvürlərində canlandıra bilmələrinə böyük kömək göstərir.

FƏLƏSTİN VƏ İSRAİL PREZİDENTLƏRİNİN BİRGƏ DUASI

Mayın 25-də Roma Papası Francis Fələstin və İsraili barışdırmağın orijinal yolunu seçib. O, İsrailin və Fəsətinin prezidentlərini gələn ay birgə ibadətə dəvət edib. Onlar Vatikanda birlikdə sülhə dua etməyə dəvət olunublar.

Washington Post qəzeti yazır ki, həm Fələstin, həm də İsrail prezidenti bu dəvətə “hə” cavabını verib.

Fələstin lideri Mahmud Abbasının sözçüsü bildirib ki, hər 3 lider iyunun 6-da Vatikanda görüşəcək və birgə dua edəcək.

FIRILDAQÇI DAR AĞACINDAN ASILDI

İran tarixində ən böyük bank fırıldağının müəllifi olan Mahafarid Amir-Khosravi Tehranın Evin həbsxanasında mayın 24-də dar ağacından asılıb.

İndependent qəzeti yazır ki, Mansour Aria adı ilə də tanınan bu iş adamı “məxfi şəkildə edam olunub”.

O, İran banklarına üst-üstə 1,5 milyard funt sterlinq məbləğində ziyan vurub. Khosravi 2007-ci ildən İranın ən böyük bankı olan Saderatdan saxta sənədlərlə kütləvi şəkildə kredit götürürdü. Khosravi oğurladığı pullara 35 şirkət alıb. Bunlara o cümlədən, futbol klubu da daxildir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG