Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:22

Ukraynanın seçimi [Video]


-
Siyasi şərhçilər Gültəkin Hacıbəyli və Azər Qasımlı Ukraynada prezident seçkisinin nəticələrini şərh edirlər.

Mövzu ilə əlaqədar oxu: Petro Poroshenko kimdir?

«UKRAYNA XALQI ÖZ YOLUNU SEÇDİ»

Gültəkin Hacıbəyli hesab edir ki, Ukrayna xalqının seçimi təqdirəlayiqdir:

«Ukrayna xalqı bu seçkiylə ortaya böyük iradə qoydu. Xalq müdrik seçim etdi. Birinci turdan artıq seçkilərin taleyi həll olundu. «Maydan» Tymoshenko-nu fitə basdı. Petro Poroshenko-nun səs toplaması şübhə doğurmurdu. Bu seçki həm də Qərb insitutları ilə Ukraynanın peşəkar əməkdaşlığının göstəricisi oldu. Ukrayna xalqı legitim hakimiyyət formalaşdırdı və artıq öz yolunu seçdi».

«POROSHENKO ƏN ŞƏFFAF İŞADAMLARINDANDIR»

«Yanukovych vəzifədən istifadə edərək varlanıb. Poroshenko isə sadə biznesden başlayıb və onu inkişaf etdirib. Onu Ukraynalılara sevdirən budur ki, ən şəffaf işadamlarındandır. Çünki Poroshenko biznesini açıq şəkildə aparıb. Ukraynada milli azadlıq hərəkatına da hər zaman maddi dəstək göstərib. Halal yolla pul qazanan insan heç vaxt avtoritarizmin tərəfdarı olmur. Poroshenko-nun parlamenti buraxmaq qərarını artıq ilk müsbət addım saymaq olar. Bundan sonra o xüsusi xidmət orqanları ilə əmkdaşlıq edən insanların adını açıqlanmasına çalışmalıdır. Avropa Birliyi ilə ticarət müqaviləsinin imzalanması da qarşıda duran addımlardandır. Bunlarla yanaşı, Poroshenko Rusiyayla da NATO və Krım barədə danışıqlar aparmalıdır...».

«RUSİYANIN UKRAYNANI PARÇALAMAQ İSTƏYİ BAŞ TUTMADI»

Azər Qasımlı düşünür ki, Ukrayna bundan sonra özünü dövlət kimi sübut etməlidir:

«Rusiya hər zaman düşünüb ki, Ukrayna müstəqil dövləti ola bilməz, Ukraynada dövlətçilik ənənəsi yoxdur. Ukrayna sübut etməlidir ki, o həqiqətən dövlətdir, müstəqil dövlət kimi yaşaya bilər. Seçkinin nəticəsi bu yolda ilk addımdır. Ukrayna xalqı avrointeqrasiyanı seçib. Xalq seçkidə iştirakla sübut etdi ki, siyasi mədəniyyəti yüksəkdir. Ukrayna xalqı sivil xalqdır. Burada 70-80 faiz əhali avrointeqraisiya tərəfdarıdır. Krım xaric, Rusiyanın Ukraynanı parçalamaq istəyi baş tutmadı...».

«POROSHENKO-NUN QARŞISINDA CİDDİ ADDIMLAR DURUR»

«Ukraynada dövlət strukturları istənilən səviyyədə işləmir. Bu baxımdan Poroshenko-nun qarşısında bir çox addımlar dayanır. O, ilk növbədə Ukrayna ordusunu qurmalıdır. Vəzifələrə ciddi təyinatlar olmalıdır. Rusiya ilə bağlı insanlar vəzifəyə gətirilməməlidir. Hüquq-mühafizə orqanlarında ciddi ixtisarlar edilməlidir. Siyasi islahatlar aparılmalıdır, yeni parlament qurulmalıdır. Poroshenko nəzərə almalıdır ki, insanlar avrointeqrasiyaya və müstəqilliyə səs veriblər...».
XS
SM
MD
LG