Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:10

Ağzını tikərək aclıq edən sahibkar aksiyanı dayandırıb


Elşad Məmmədov
Elşad Məmmədov
-

Ağzını tikərək aclıq aksiyasına başlayan qazaxlı sahibkar Elşad Məmmədov mayın 26-da aksiyanı dayandırıb. Dediyinə görə, aksiya keçirdiyi müddətdə ona nə həkimlər, nə də rəsmi qurumlardan baş çəkən olub:

«Səkkiz gün ağzı tikili vəziyyətdə kirayə qaldığım evdə aclıq aksiyası keçirdim, bir həkim gəlib mənim səhhətimlə maraqlanmadı. Bir rəsmi şəxs gəlib soruşmadı ki, nə baş verir, niyə belə bir aksiya keçirirsən».

Elşad Məmmədov iki il yarım bundan əvvəl İbrahim İbrahimovun sahibi olduğu «Avesta» Konserninə məxsus «Həsən-6» MTK tikinti şirkətinə 355 min manat ödəyərək, iki mənzil alıb.

Bir müddət sonra mənzillər onun əlindən alınıb. Sahibkar indiyə qədər bütün məhkəmə instansiyalarını keçib. Məsələ Ali Məhkəmənin plenumuna çıxarılıb və növbəti plenumda baxılması barədə qərar qəbul edilib.

Elşad Məmmədov mayın 18-də rayonda kirayə yaşadığı mənzildə ağzını tikərək, etiraz aksiyasına başlayıb. Bundan əvvəl o, prezidentə video ilə müraciət edərək ondan kömək istəyib.
XS
SM
MD
LG