Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:58

“Sarıköynəklə Valehin nağılı” bu dəfə Gənc Tamaşaçılar Teatrında söylənəcək


afişa

afişa

-
Yaxın günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə müəllifin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış keçiriləcək.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, zəhmətkeş və namuslu gəncin saf və təmənnasız məhəbbətindən, qarşılaşdığı çətinliklərdən, təmiz adlarının ləkələnməsindən qurtulmasına yardımçı olan hüquq mühafizə işçilərinin prinsipial işindən bəhs edən iki hissəli məhəbbət dastanı gəncləri qarşılıqlı saf məhəbbətə, halal əməyə və cəmiyyətdə baş verən neqativ hallara qarşı mübarizəyə səsləyir.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.

Tamaşada əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), Xalq Artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), Əməkdar Artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim), Qəmər Məmmədova (Ceyran) və başqaları ifa edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan yeni tamaşanın ictimai baxışı iyunun 10-da saat 16.00-da, ilk tamaşası iyunun 15-də saat 19.00-da baş tutacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG