Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:53

Azərbaycan, Türkmənistan və Türkiyə XİN başçıları Bakıda


-
Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri Bakıda görüşüb ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə edirlər.

Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovun türkmən həmkarı Rashid Meredov və Türkiyədən olan həmkarı Ahmed Davutoglu ilə görüşləri gözlənir.

Xarici işlər nazirləri enerji və nəqliyyat sahələrində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Türkiyənin xarici işlər naziri mayın 25-də deyib ki, regional və beynəlxalq məsələlər də diqqət mərkəzindədir.

Bakıda danışıqlardan sonra Moskvaya səfər edəcək Davutoğlu mayın 27-də Türkiyə-Rusiya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının hazırlıq iclasına qatılacaq. Bu Şura 2010-cu ildə yaradılıb.

Şuranın beşinci görüşü bu ilin sonunda Türkiyədə keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG