Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:00
-

Separatçı Donetsk Respublikasının lideri Ukraynanın Donetsk regionunda hərbi rejim elan edib.

Denis Pushilin bu barədə twitterdə yazıb, bildirib ki, hərbi rejim mayın 26-da günorta 12-dən qüvvədədir və deyib ki, «əsas vəzifə Donetsk Xalq Respublikasının ərazisini düşmən Ukrayna qüvvələrindən təmizləməkdir».

Ukrayna baş nazirinin birinci müavini Vitaly Yarema mayın 26-da bildirib ki, Ukraynanın şərqində separatçılar əleyhinə ordu əməliyyatı tezliklə bərpa olunacaq.

Rusiya baş naziri Dmitry Medvedev Krımda iki günlük səfərdədir.

O, mayın 26-da Qara Dəniz sahilindəki Artek düşərgəsinə də baş çəkəcək.

Mayın 25-də Medvedev Sevastopolda immiqrasiya ofisinə baş çəkib. Burada yerli sakinlərə Rusiya pasportları paylanır.

Ukrayna xarici işlər nazirliyi səfəri «Ukraynada qeyri-sabitlik yaratmaq məqsədi güdən məqsədyönlü təxribat» adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG