Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:49

Rusiya xokkey çempionatının qalibidir


arxiv foto
arxiv foto
-
Rusiya mayın 25-də xokkey çempionatının qalibi olub. Minskdə keçirilən final oyununda Rusiya Finlandiyaya 5-2 hesabıyla qalib gəlib. Bu, Rusiyanın 1991-ci ildə Sovet İttifaqı dağılandan beşinci qızıl medalıdır. Bununla da Rusiya Soçi Olimpiadasının 4/1 oyunlarında Finlandiyaya məğlub olmasının əvəzini çıxıb.

İsveç isə Çex Respublikasına 3-0 hesabıyla qalib gələrək bürünc medalı götürüb. Çexiyanın xokkey əfsanəsi, 42 yaşlı Jaromir Jagr oyundan sonra deyib ki, ölkə yığmasında sonuncu dəfə oynayır.

Beynəlxalq Buzüstü Xokkey Federasiyasının çempionat oyunlarının keçirilməsinə görə Belarusu seçməsini insan haqları qrupları tənqid edib. Onlar Prezident Alyaksandr Lukashenka-nın avtoritar idarəçiliyi altında insan haqlarının durumunu pisləyiblər. Ancaq Minskə gələnlərin sayı xeyli yüksək olub.
XS
SM
MD
LG