Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:12

Ukraynada prezident seçkisinin rəsmi nəticələri mayın 26-da açıqlanacaq


Ukraynada səsvermə

Ukraynada səsvermə

-
Ukraynada prezident seçkisinin rəsmi nəticələri mayın 26-da açıqlanacaq.

Petro Poroshenko artıq qələbəsini elan edib. Ekzit pollar onun səslərin 55 faizini qazandığını göstərir. Rəqibi, keçmiş baş nazir Yulia Tymoshenko isə uduzduğunu etiraf edib.

Poroshenko deyib ki, prezident kimi ilk missiyası “müharibəni bitirib sülh yaratmaq” olacaq. O, ilk səfərinin rusiyayönlü şərqə olacağını bildirib.

Poroshenko onu da bildirib ki, Ukrayna keç vaxt Krım referendumunu və “Krımın işğalını” tanımayacaq və ukraynalıları “Avropaya inteqrasiya” yolunu seçiblər.

Kiyevdə mer seçkilərində isə ekzit poll Poroshenkonun müttəfiqi, keçmiş boksçu Vitaly Klitschko-nun qələbə çaldığını göstərir, o, səslərin 57 faizini toplayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG