Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:47

Barack Obama Ukrayna xalqını prezident seçkisi ilə bağlı təbrik edib


-
ABŞ prezidenti Barack Obama Ukrayna xalqını prezident seçkisi ilə bağlı təbrik edib. “Provokasiya və zorakılıqlara baxmayaraq, milyonlarla ukraynalı səsvermə məntəqələrinə gedib” – Ağ Evin prezident adından yaydığı bəyanatda belə deyilir.

Qeyd olunur ki, ABŞ Ukraynanın növbəti prezidenti və demokratik yolla seçilmiş parlamenti ilə əməkdaşlıq etmək niyyətindədir. Bildirilir ki, Ukrayna hakimiyyətinin siyasi və iqtisadi islahatları də ABŞ tərəfindən dəstəklənir.

Barack Obama bəyan edib ki, Vaşinqton Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və Krımın Rusiya tərəfindən işğalını qəbul etmir.
XS
SM
MD
LG