Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:33

«Azərbaycan Dəmir Yolları»nın Nizamnamə kapitalı artırılıb


Bakı dəmiryol stansiyası

Bakı dəmiryol stansiyası

-

Nazirlər Kabineti «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında» qərarında dəyişikliklər edib.

APA-nın məlumata görə, dəyişiklik «Azərbaycan Dəmir Yolları» QSC-nin Nizamnamə kapitalının və səhmlərinin artırılması ilə bağlıdır.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Nizamnamə kapitalı 599 milyon manatdan 726 milyon 146 min 366 manata, nominal dəyəri 2 manat olan səhmlərinin sayı 299 milyon 500 min ədəddən 363 milyon 73 min 183 ədədə çatdırılıb.

Nəqliyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG