Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:02

Xaçmazda iki 10-cu sinif şagirdi intihar edib


-

Xaçmazda iki məktəbli birlikdə intihar edib. Mayın 24-də 1998-ci il təvəllüdü Vasif Quliyev və 1997-ci il təvəllüdlü Nərgiz Tağıyeva meşədə özlərini ağacdan asıblar. Anspress-in məlumatına görə, Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətov bildirib ki, gənclər sevgili olublar və ayrılmamaq üçün intihar ediblər:

«Gənclər 10-cu sinif şagirdləri olublar və paralel siniflərdə oxuyublar. Ailəsi qızı Rusiyada yaşayan qohumları ilə nişanlayıb. Daha sonra gənclər ayrılmamaq üçün intihara əl atıblar. Gənclər birlikdə meşə massivinə gediblər. Onların yanında oğlanın sinif yoldaşı Amin adlı şəxs də olub.

Amin gənclərin intihar etmək niyyətlərini başa düşəndə onlara yalvarıb ki, bu yoldan dönsünlər. Hətta Amin sinif yoldaşlarını intihar fikrindən daşındırmaq üçün qolunu yaralayıb. Amma sevgili olan gənclər onu aldadıblar və evə yola salıblar. Evə gələn Amin hadisələri öz ailəsinə və gənclərin ailəsinə danışıb. Valideynlər meşə massivinə gəliblər və orada gənclərin asılmış vəziyyətdə olan meyitləri ilə qarşılaşıblar. Oğlanın belində olan dəri kəmərlə, qızın isə parça kəmərlə özlərini asdıqları məlum olub».

Hadisə ilə əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.
XS
SM
MD
LG