Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:47
Mayın 24-də Brüsseldəki Yəhudi muzeyində atışma olub. Atışmada 3 nəfər ölüb, bir nəfər yaralanıb.

Polis bir nəfəri şübhəli şəxs qismində saxlayıb.

Şahidlərin sözlərinə görə, naməlum şəxs muzeyə daxil olaraq, atəş açıb və avtomobilə minərək ərazidən uzaqlaşıb.

Belçika daxili işlər naziri Joelle Milquet bildirib ki, anti-terror tədbirləri gücləndirilib.
Baş nazir Elio Di Rupo yəhudi icmasına dəstəyini ifadə edib.

İsrailin baş naziri Benjamin Netanyahu hadisəni pisləyib.

Bu hadisə Belçikanın milli və Avropa parlament seçkilərinə getdiyi ərəfədə baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG