Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:59

«Real Madrid» Avropanın ən güclü klubunun adı bəllidir


Real Madrid qələbəsini qeyd edir

Real Madrid qələbəsini qeyd edir

İspaniyanın «Real Madrid» futbol klubu Çempionlar Liqasının qalibi olub. Ötən gün o Lissabonda «Atletico Madrid»lə qarşılaşıb. «Real Madrid» 4:1 hesabı ilə liqanın qalibi olub.

«Real»ın qapıçısı Iker Casillas-ın səhvi ilə Diego Godin komandasını önə çıxarıb.

Lakin komanda üstünlüyü qoruya bilməyib. «Real Madrid» oyunun ikinci hissəsində rəqibinə qarşı hücumları gücləndirib. Sergio Ramos komandası üçün bərabərlik qolunu vurmağa müvəffəq olub.

Oyunun taleyi əlavə vaxtda həll edilib.

Gareth Bale, Marcelo və Cristiano Ronaldonun vurduğu toplar «Real Madrid»i Avropa Çempionlar Liqasının qalibi edib.

Bununla da «Real Madrid» 10-cu dəfə bu titulu qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG