Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:42
-

Mayın 25-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirir. Birinci turdan uğurla keçən bakalavrlar Bakı, Gəncə və Naxçıvan şəhərlərində imtahan verir.

TQDK bildirir ki, müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi mayın 1-dən 8-dək aparılıb. Bu hüquqa malik bakalavrlardan 10159 nəfəri qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8900 nəfəri Azərbaycan bölməsi, 1259 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 4269-u oğlanlar, 5890 nəfərini qızlardır.

İmtahan saat 1-də başlanacaq. Bakalavrların sualları cavablandırması üçün 1 saat 30 dəqiqə vaxtları var.

Günün bütün mövzuları

XS
SM
MD
LG