Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:01

Ukraynada prezident seçkiləri keçirilir


-

Ukraynada prezident seçkiləri ölkənin şərqində silahlı toqquşmaların davam etdiyi bir şəraitdə keçirilir. Ukrayna rəsmiləri bildirirlər ki, Donetsk və Luqansk vilayətlərində səsvermə məntəqələrinin çoxu çətin ki, açılsın.

Baş nazir vəzifəsini icra edən Arseniy Yatsenyuk bildirir ki, bu seçkilər ölkənin şərqində vəziyyəti sabitləşdirməyə yönələn ilk addım olacaq. O bildirib ki, «xaricdən maliyyələşən quldurlar» seçkiləri pozmaqla hədələsələr də səsvermədə məsuliyyəti hazırkı hökumət daşıyır.

«Donetsk Xalq respublikası»nın liderlərindən biri Denis Pushilin mayın 24-də deyib ki, lazım gələrsə səsvermənin qarşısını almaq üçün güc istifadə edəcəklər.

Rəsmilər bildirir ki, seçki günü təhlükəsizliyi təmin etmək üçün minlərlə polis və könüllülər səfərbər edilib.

Səsvermə 12 saat davam edəcək və Ukrayna vaxtı ilə axşam saat 7-də başa çatacaq.

Hazırda Ukraynada prezidentlik uğrunda 18 namizəd yarışır.

Sorğular göstərir ki, iş adamı Petro Poroshenko namizədlər arasında liderdir. O, Yulia Tymoshenko-ya əsas rəqib hesab olunur.

Ukraynanın əvvəlki prezidenti Victor Yanukovych bu ilin martında Maydan hərəkatı zamanı hakimiyyətdən devrilib.
XS
SM
MD
LG