Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:55

Yeni qanlı döyüşlər, yeni girovlar, yeni prezident (Ukrayna xronikası 28 may-1iyun )


Mayın 29-da Slavyanskda separatçılar Ukrayna vertolyotunu vurublar, 1 general və 13 Ukrayna hərbçisinin öldüyü bildirilir.

Donbassda müharibə davam edir. Ukrayna ordusu mobil yaraqlı separatçı qrupları ilə gündəlik döyüşlər aparsa da, üstünlük əldən-ələ keçir

Ağır döyüşlər mərkəzinin coğrafiyası da hər gün dəyişir, mayın 27-də Donetsk, mayın 28-də Luqansk, mayın 29-da Slavyansk.

Sayı gündən-günə artan ölən və yaralananlarla yanaşı girov girov götürülənlər haqda da xəbərlər gəlir. Regionda 8 ATƏT müşahidəçisinin yoxa çıxdığı bildirilir.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
20:08 1.6.2014
03:21 1.6.2014

KRIM UKRAYNA PULU QRİVNA İLƏ BELƏ "VİDALAŞIR"

19:54 31.5.2014
14:25 31.5.2014

UKRAYNA SƏRHƏDDİNİ KEÇƏN ÇEÇENLƏR HAQDA


Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsov Rusiya Federal təhlükəsizlik xidmətində yönəltdiyi məktubda yazır ki, mayın 27-də bir qrup yaraqlı çeçen Rusiya Ukrayna sərhəddindən Donetskdə keçib. Nemtsov xatırladır ki, Çeçenistanın lideri Ramzan Kadyrov bu şəxslərə aidiyyatını inkar edir və soruşur ki, Rusiya sərhədçiləri silahlı dəstələrin dövlət sərhəddini pozmasına niyə imkan verir?

Eyni zamanda Ukrayna mediası xəbər verir ki, çeçenlərdən ibarət Vostok batalyonun əsgərləri Donetskin cənubunda 2 nəzarət məntəqəsi qurublar. Bundan başqa şəhərin Xoroşevkoe rayonunda, Ukrayna hava hücumundan müdafiə hərbi hissəsində atışma baş verib, ərazidə hərbi vertolyot müşahidə olunub. Donetsk aeroportu rayonunda da ara-srıa atışmalar baş verdiyi bildirilir. Şəhər rəhbərliyi sakinlərin həmin rayonlara və Metro supermarketi ərazisinə getməkdən çəkindirib.

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG