Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:16

Türk filmi Kann Festivalının qalibidir!


Nuri Bilge Ceylan-a "Qızıl palma"nı məşhur rejissor Quentin Tarantino və ünlü aktrisa Uma Thurman təqdim edir.

Nuri Bilge Ceylan-a "Qızıl palma"nı məşhur rejissor Quentin Tarantino və ünlü aktrisa Uma Thurman təqdim edir.

-
Türk rejissoru Nuri Bilge Ceylan Cannes (Kann) Festivalının baş mükafatını - "Qızıl Palma"nı qazandı - "Qış yuxusu filmi ilə.

Anadolunun dağlıq bölgəsində otel işlədən bir ailənin hekayətini nəql edən "Qış yuxusu" rəqibi olan 17 filmi qabaqlaya bilib.

Ceylan öz qələbəsini "son 1 ildə Türkiyədə həyatını itirən gənclərə" ithaf etdiyini bildirib.

Son 1 ildə Türkiyədə iki hadisədə gənclər həyatını itirib - ötən il mayın 28-də İstanbulda Gezi Parkında başlanan və həftələrlə davam edən etirazlarda və bir müddət əvvəl Somadakı şaxta uçqununda.

"Ən yaxşı rejissor" mükafatı "Foxcacher" filiminə görə Bennett Millerə təqdim edilib.

Britaniyalı Timothy Spall "Ən yaxşı aktyor" mükafatına layiq görülüb - "Mr Turner" filmindəki roluna görə.

"Ən yaxşı aktrisa" mükafatı isə Julianne Moore-a verilib - David Cronenberg-in Hollywood-da çəkdiyi "Maps to the Stars" filmindəki roluna görə.

Andrey Zvyaqintsevin korrupsiyadan bəhs edən "Leviathan" filmi isə ən yaxşı ssenariyə görə mükafatlandırılıb.

"Kış uykusu" - treyler

Günün bütün mövzuları

XS
SM
MD
LG