Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:48

Ukraynada «sükut günü»dür


Kiyevdə seçkilərə hazırlıq gedir, 23 may 2014
Kiyevdə seçkilərə hazırlıq gedir, 23 may 2014
-
Bu gün Ukraynada bazar günü keçiriləcək prezident seçkiləri öncəsi «sükut günü»dür.

Namizədlərin xeyrinə təşviqat-təbliğat qadağandır. Əvvəlcə prezidentliyə 21 namizəd iddia edirdi. Onlardan dördü, o cümlədən kommunistlərin lideri Petro Symonenko namizədliyindən imtina edəndən sonra seçki bülletenlərində 17 namizədin adı alıb.

Seçkidə əsas mübarizə «Batkivşina» Partiyasının lideri Yulia Tymoshenko ilə işadamı Petro Poroshenko arasında gedir. Rusiyameylli Sergei Tigipko populyarlıq reytinqinə görə üçüncüdür.

Ukraynada prezident seçkiləri ölkənin şərqidəki gərgin vəziyyətdə keçiriləcək.

Hazırda Donetsk və Luqansk vilayətlərində hökumət qüvvələri ilə separatçılar arasında silahlı toqquşmalar davam edir.
XS
SM
MD
LG