Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:51
-
İyunun 7-də Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə Qubada yerləşən Milli Qolf Klubunda beynəlxalq turnir başlayacaq.

Modern.az saytı yazır ki, federasiya turnirdə dünyanın müxtəlif ölkələrindən həvəskar qolfçuların iştirak edəcəyini bildirib.

«Əsas məqsədi... Azərbaycanı yeni qolf məkanı kimi dünyaya təqdim etmək olan turnir 18 dəlikli «Mixed Stroke Play» formatında baş tutacaq. Turnirdə yalnız müəyyən «handicap» göstəricisinə malik olan 48 həvəskar qolfçu iştirak edə biləcək... Oyunçuların ödədikləri qeydiyyat haqları xeyriyyə məqsədilə istifadə olunacaq» - deyə Azərbaycan Qolf Federasiyası bəyan edib.

Turnirin əsas mükafatı «BMW X1» avtomobilidir.

Azərbaycan Qolf Federasiyası 2012-ci ilin əvvəllərində yaradılıb. Federasiyanın prezidenti nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Rəşid Hacılı

Rəşid Hacılı



«HAKİMİYYƏT UÇURUMUN BIR ADDIMLIĞINDADIR»

Bunu «Azadlıq» qəzetinə müsahibəsində Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı deyib.

Rəşid Hacılı ölkədəki son həbslərə toxunaraq deyib ki, bu, bir repressiya maşınıdır:

«Bu maşını uzun zaman düzəldib işə salmış, yemləmiş siyasi hakimiyyətin onu dayandırmaq gücü, demək olar ki, artıq qalmayıb. Uzun illər öncə çoxsaylı qəzetlərin, jurnalistlərin, hətta öz kolleqalarının tənqidinə, üzəvari olsa da, dözümlülük göstərən hakimiyyət indi azacıq tənqidi fikirləri belə uzunmüddətli həbslərlə cəzalandırır. Bu, ölkəmizi böyük problemlərə sürükləməklə yanaşı, eyni zamanda hakimiyyətdə olan elitanı da uçurumun bir addımlığına gətirib çıxarıb».

İNTERNAT MƏKTƏBLƏRİ, YOXSA ƏSİR DÜŞƏRGƏLƏRİ?

İnternat məktəblərindəki ümumi vəziyyəti təxmin edə bilmək üçün «Bizim yol» qəzetinin müxbirləri Bakıdakı internat məktəblərinin məzunları ilə söhbət edib:
Bakıda 7 saylı internat məktəbi

Bakıda 7 saylı internat məktəbi


«Araz Əhmədov Maştağada yerləşən 1 saylı internat evinin məzunudur. Deyir, onların vaxtlarında da bir sıra xoşagəlməz hadisələr olub, ancaq bəzi aktiv şagirdlər şikayət edərək direktorun dəyişdirilməsinə nail olublar.

Eyni internat evini bitirən Əli Əliyev isə deyir ki, Maştağadakı internat evindəki ən böyük problem yeməklə bağlı olub: «1990-cı ildə körpələr evindən Nizami rayonunda yerləşən uşaq evinə gəlmişəm. Burada bir müddət qalandan sonra Maştağadakı internat məktəbinə göndərilmişəm. Uşaqlığım çox pis keçib. Döyülmək, söyülmək, təhqir olunmaq və s. Elə vəziyyətlər olub ki, əlimdən yeməyimi, içməyimi, hər şeyimi alıblar».

Nizami rayonundakı 1 saylı internat evini iki il öncə bitirmiş Natiq Sarıyev isə deyir ki, oxuduğu müddətdə belə halla qarşılaşmayıb: «Ancaq, yüngül cəzalar olurdu. Küncə qoymaq, tək ayaq üstə saxlamaq və s. kimi»».

İQTİDARA TƏZYİQLƏR GÖZLƏNİLƏN İDİ

«Yeni Müsavat» qəzeti Müsavat başqanı İsa Qəmbər ilə müsahibə dərc edib. Onun fikrincə, Azərbaycan hakimiyyəti artıq tamamilə bütün ölçü hisslərini itirib, bütün qırmızı xətləri keçir: İsa Qəmbər

İsa Qəmbər


«Bütün istiqamətlərdə, beynəlxalq istiqamətlərdə də, daxildə də, siyasi sahədə də, iqtisadi sahədə də, mülkiyyət məsələsində də, mənəvi məsələlərdə də. Yəni artıq bu adamlar bütün oriyentirləri itiriblər. Deyəsən, dərk eləmirlər ki, bunlar təkcə Azərbaycanı deyil, özlərini də uçuruma, məhvə doğru aparırlar. Bu baxımdan cəmiyyət və düşünən insanlar birmənalı şəkildə mövqelərini ortaya qoyub hakimiyyətdən məsuliyyətli davranmağı tələb etməlidirlər».

AŞPA SƏDRİNİN DEDİKLƏRİ HƏQİQƏTDƏN UZAQDIR

«Yeni Azərbaycan» qəzeti YAP-ın icra katibi Mübariz Qurbanlının AŞPA sədri Anne Brasseur-un Azərbaycan barədə səsləndirdiyi fikirlərə cavabını dərc edib.

«Azərbaycanda sərbəst toplaşmaq, söz və mətbuat azadlığı təmin edilib, məhkəmələr isə hüquq çərçivəsində həyata keçirilir. İttiham olunan şəxslərin müdafiəsinə tam təminat verilir. Azərbaycan bu quruma üzv olandan bəri öz öhdəliklərini tam olaraq yerinə yetirib».
Hicran Hüseynova

Hicran Hüseynova


AZƏRBAYCANA YARAŞMAYAN PROBLEMLƏR VAR

«Azərbaycana yaraşmayan bir sıra problemlər var. Erkən nikah və təhsildən yayınma da bu sıradadır. Cəmiyyətin 50 faizini təşkil edən xanımlar inkişafdan kənarda qalsalar, o cəmiyyətin inkişafı yoxdur».

apa-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Ümumrespublika Konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H. Hüseynova yerli icra orqanlarında bir qadın müavinin təyin edilməsinin çox müsbət olduğunu bildirib.

Deputat Məlahət İbrahimqızı isə çıxışında deyib ki, Əli Kərimli, Leyla Yunus kimi insanlar Azərbaycan dövlətinə xəyanət edirlər:

«Əli Kərimli, Leyla Yunus kimi insanların ətrafında bir gənc belə varsa, bu, bizim günahımızdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG