Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:24

«Azerbaijan - Land of repression»


Azerbaijan -- Do you know who Atlético Madrid’s real sponsor is?
Azerbaijan -- Do you know who Atlético Madrid’s real sponsor is?
-
«Sərhədsiz Reportyorlar» jurnalistləri beynəlxalq müdafiə təşkilatı diqqəti jurnalistlərin cinayət təqibi məsələlərinə yönəltmək üçün yeni kampaniyaya başlayıb.

Madridin «Atletiko» komandasının forması üzərində təsvir olunmuş «Azerbaijan - Land of Fire» («Azərbaycan – odlar diyarı») embleminə qarşı üzərində «Azerbaijan - Land of repression» («Azərbaycan - repressiyalar diyarı») yazısı ilə qırmızı və ağ futbol gödəkcələri yaymağa başlayıb.

Mayın 24-də «Atletiko» Çempionlar Liqası Kubokunun finalında «Real Madrid»lə qarşılaşacaq.

Təşkilat sual edir ki, «Siz həqiqətən Azərbaycanı – «Atletiko»ya sponsorluq edən ölkəni tanıyırsınız? Mayın 24-də keçiriləcək UEFA Çempionlar Liqasının final mərhələsini izləyəcək milyonlarca azarkeş təxribata aldanmamalıdır».

«Sərhədsiz Reportyorlar» daha sonra əlavə edir:

«Bu Qafqaz ölkəsi mətbuat azadlığı indeksi üzrə 180 ölkə arasında 160-cı yeri tutur. Prezidenti İlham Əliyev «mətbuat yırtıcısıdır» və öz ölkəsində plüralizmi ləğv edib. Hazırda 10-dək jurnalist və bir çox bloqqer hökuməti tənqid etdiyinə görə həbsdədir».

Təşkilat mayın 14-də Azərbaycanın Avropa Nazirlər Komitəsinin Şurasına rəhbərliyi üzərinə götürdüyünü də xatırladır.
XS
SM
MD
LG