Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:41
-

Dünyada məşhur olan Oxford lüğətinə ildə bir neçə dəfə yeni sözlər daxil edilir.

Yeni sözlərin bəzisi dünyada yeni yaranan məfhumları ifadə edir.

Məsələn, bu ilin mayında lüğətə daxil edilən sözlərdən:

Cryptocurrency - yəni kriptovalyuta, virtual pullar.

Virtual pulları dövlətlər buraxmır, ayrı-ayrı “internet icmaları” tətbiq edir.

Həmin icmanın üzvləri həmin valyutanı qəbul edən on-line dükanlardan mal ala, onu real pula dəyişə bilərlər.

audax (audaks) – bir qrup velosipedçinin uzaq yola çıxması, amma bir-biri ilə yarışmadan, dəstə halında hərəkət etməsidir.

Ötən il lüğətə salınan sözlərdən:

digital detox – rəqəmsal detoksikasiya, texnikanın “zəhərindən” təmizlənmə.

İnsanın bir müddət elektron cihazlardan, məsələn smartfon, kompüter və sairdən uzaq gəzməsi, bunun stressindən qurtulmaq, dincəlmək üçün ənənəvi ünsiyyət formalarına qayıtması.

BYOD – şirkətin işçilərə öz kompüter, smartfon və başqa qurğularından iş üçün istifadə etməsinə icazə verməsi. Bəzi şirkətlər bunu təhlükəli sayır, şirkətə aid məlumatların hakerlərin əlinə keçməsindən ehtiyatlanır.

protoplanet – Günəşin, yaxud ulduzun ətrafında fırlanan və planetə çevrilmək prosesində olduğu güman edilən səma cismi

white pizza – ağ pitsa. Yəni tomatsız pitsa

Bundan başqa lüğətə, perfboyf sözləri də daxil edilib. Bunlar performans və boyfrend sözlərinin qısa formasıdır.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG