Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:47
İngiltərə yığmasının keçmiş qapıçısı Peter Shilton Dubayın "Gulf News" qəzetinə deyib ki, hazırda bu ölkədə çalışan futbol əfsanəsi Diego Maradona ondan üzr istəməlidir.

Söhbət Maradonanın 28 il qabaq - 1986-cı ilin dünya çempionatında İngiltərəyə əllə vurduğu qoldan gedir. Hakim həmin qolu saymışdı.

İndi 64 yaşı olan Shilton deyib ki, həmin qol saxta olmaqla yanaşı həm də onu dünya çempionatlarının, qapısından ən uzun müddət ərzində qol buraxmayan qapıçısı adından məhrum edib:

"İnsanlar məndən soruşurlar ki, onun əlini sıxarsan? Cavab verirəm ki "yox". Demirəm ki, bunu heç zaman etmərəm. Maradona o hərəkətə görə heç zaman məndən üzr istəməyib. Üstündən xeyli vaxt keçib. Yəqin bundan sonra da üzr istəməyəcək".

O vaxt oyun 2-1 Argentinanın xeyrinə başa çatmışdı. Maradona oyundan sonra qolu əllə vurduğunu etiraf etmiş, "bu, Tanrının əli idi" demişdi.

Maradonanın həmin oyunda vurduğu 2-ci qol isə həm onun ən gözəl qolu sayılır, həm də dünya futbol tarixinin ən gözəl qollarından biri.

Hər iki qola burda bax

Günün bütün mövzuları

XS
SM
MD
LG