Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:10

ABŞ səfirliyi Ramiz Mehdiyevlə razı deyil


Richard Morningstar Azadlıq Radiosunda

Richard Morningstar Azadlıq Radiosunda

ABŞ-ın Azərbaycandakı səfirliyi Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin fikirləri ilə razı deyil.

"Amerikanın Səsi"nin sorğusuna cavab olaraq səfirlikdən deyiblər ki:

"Səfir Richard Morningstarın dünən dediyi kimi insanların, cənab Ramiz Mehdiyev də daxil olmaqla fikrini ifadə etmək hüququ var. Biz cənab Mehdiyevin fikirləri ilə razı deyilik. Biz hər kəsi veb saytımızda yerləşdirilmiş müsahibənin əsli ilə tanış olmağa və deyilənlər barədə öz fikrilərini formalaşdırmağa çağırırıq”.

Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev “AzərTAc” Dövlət Agentliyinə müsahibəsində səfirin Azadlıq Radiosuna müsahibəsində dediklərini kəskin tənqid edib.

R. Mehdiyev qeyd edib ki, ABŞ səfirinin müsahibəsi təəccüb doğurur: “ABŞ səfirinin bu müsahibəsi dünyada və postsovet məkanda daha çox Qərbin ucbatından gərginləşən geosiyasi proseslər fonunda ən azı təəccüb doğurur. Onu bu müsahibəni verməyə və diplomatik etiketə uyğun olmayan olduğunu deməyə çətinlik çəkirəm. Bu, ölkənin daxili işlərinə açıq, birbaşa, kobud müdaxilədir və buna haqq qazandırmaq mümkün deyil. Bu həm də Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına görə yolverilməzdir”.

R. Mehdiyev bildirib ki, səfirin müsahibədəki tonunda əmr və fikirlərini müstəqil dövlətə qəbul etdirmək cəhdi var: “Səfir Morningstar unutmamalıdır ki, Azərbaycan kiminsə müstəmləkəsi yox, özünü tam təmin edən dövlətdir”

Xatırladaq ki, Amerikanın Azərbaycandakı səfiri Richard Morningstar bir neçə gün öncə Azadlıq Radiosuna müsahibəsində Azərbaycanla bağlı tənqidi fikirlər səsləndirib. Səfir Azərbaycan hökumətinin monolit olmadığını deyib, ölkədə demokratiya və azadlıqlar sahəsində problemlərdən danışıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG