Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 00:02

Putin Ukraynadakı seçkilərin nəticələrinə "hörmətlə yanaşacaq"


Vladimir Putin
Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin deyib ki, Ukaynadakı prezident seçkilərinin nəticələrinə "hörmətlə yanaşacaq".

Onun sözlərinə görə, Rusiya Ukraynada qanun-qaydanın bərpa edilməsini istəyir və prezident seçkilərini kim udsa, onunla işləməyə hazırdır.

Amma Putin seçkini qanuni sayıb-saymadığını deməyib.

Rusiya prezidenti Ukraynanın vətəndaş müharibəsi vəziyyətində olduğunu və Qərbin bu ölkədə "çevrilişi" dəstəklədiyini deyib.

Putinə görə, Qərbin Rusiyaya qoyduğu sanksiyalar bumeranq kimi qaydıbı özünə dəyəcək.

ABŞ və Avropa Krımın anneksiyası və Ukraynanın şərqindəki separatçıları dəstəklədiyinə görə Rusiyaya sanksiyalar qoyub.
XS
SM
MD
LG