Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:39
Dünyanın məşhur kino ulduzu Leonardo DiCaprio Fransada Kann fillm festivalında kosmik gəmidə səyahətə 1 yeri hərraca çıxarıb və adı çəkilməyən alıcı mayın 22-də bu yerə 700 min avro, yəni 1 milyon dollar verib.

İkinci dəfədir ki. DiCaprio kosmik səyahət üçün yeri hərraca çıxarır. Keçən il bu 1 yeri Monakoda yaşayan rus biznesmeni Vasily Klyukin 1,5 milyon dollara aldı.

DiCaprionun hərracdan qazandığı pul bütünlüklə amfAR adlı beynəlxalq təşkilata keçirilir. Bu təşkilat AİDS xəstəliyinin araşdırması ilə məşğuldur.

DiCaprio ilə birlikdə kosmik səyahətə çıxacaq bu şəxslər ABŞ-ın Virgin Galactic kosmik turizm şirkətinin gəmisində uçacaqlar. Həmin gəmi Yerdən 110 km hündürlüyə qalxacaq, sərnişinlər 4 dəqiqə çəkisizlikdə uçacaqlar.

Gəminin uçuşlarının nə baxt başlanacağı məlum deyil. Çünki gəmi hələ sınaqlardan keçir.

İndiyə kimi 200 şəxs bu kosmik uçuşlara bilet alıb. Onların hər biri təxminən 200 min dollar verib.
XS
SM
MD
LG