Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:14

Elmar Məmmədyarov AŞPA-nın sədri ilə görüşüb


Xarici işlər naziri Elmar Məmmədyarov mayın 23-də Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brassörün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu haqda nazirliyin saytında məlumat yayılıb.

Elmar Məmmədyarov Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirib. O həmçinin qeyd edib ki, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik dövründə Azərbaycan təşkilatın fəaliyyətinə öz töhfəsini verəcək.

Ann Brassör isə Azərbaycan tərəfin bəyan etdiyi prioritetlərin Avropa Şurasının gündəliyində aktuallıq kəsb edən məsələlər olduğunu bildirib.

Mayın 23-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası keçirilib. AŞPA prezidenti Anne Brasseur də həmin toplantıda iştirak etmək üçün Bakıya gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG