Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:41

İranda klip çəkməyə görə tutulanların 6 nəfəri azad olunub


Tehranda çəkilən Happy klipi
Tehranda çəkilən Happy klipi
İranda Pharrell Williams-ın məşhur “Xoşbəxt” (Happy) mahnısına həvəskar klip çəkən gənclərin Youtuba yerləşdirdiyi video qısa bir vaxt ərzində 1 milyona yaxın izlənib.

Klip Tehranın küçələri və evlərin damlarında çəkilib. 3 gənc oğlan və başıaçıq qızlar dünyanın hər yerində olduğu kimi Pharrell Williamsın mahnısına parodiya edib, xoşbəxtliklərini bölüşmək istəyiblər.

KLİPƏ GÖRƏ HƏBSLƏR

Amma gənclərin xoşbəxtliyi uzun sürməyib. Mart ayında internetdə dolaşan klip
İran dövlət televiziyasında tənqidi süjet yayımlanandan sonra yada düşüb və gəncləri mayın 21-də həbs ediblər. Amma bir gün sonra onlardan 6 nəfəri azad olunub.
Ümumilikdə klipə görə 13 nəfər tutulmuşdu.

Polis rəisi Hossein Sajedinia İSNA agentliyinə deyib ki, gənclər “əxlaqsız” kliplə ictimai və islami dəyərləri təhqir ediblər.

İran televiziyasında göstərilən reportajda həbs edilən gənclər kamera qarşısında peşmanlıq hissi keçirdiklərini bildirirdilər. Kamera qarşısında verilən ifadələrdə gənclər aldadıldıqlarını iddia edirdi.

MAHNI MÜƏLLİFİ DƏ HƏBSİ PİSLƏYİR

Bu il keçirilən Oskar mərasimində mahnısını oxuyan Williams özü isə social mediada həbsləri tənqid edib. Deyib ki” "Uşaqların xoşbəxtliklərini ifadə eləmək üçün etdikləri bir işə görə həbs olunması ağlasığmazdır”.

İRAN PREZİDENTİ HƏBSƏ QARŞIDIR?

Ancaq İranın indiki prezidenti Hassan Rouhani-nin olduğu iddia edilən twitter hesabında bu həbs tənqid olunub. Rouhaninin adından orada yazılıb ki, “Xoşbəxtlik bizim xalqımızın haqqıdır, kiməsə qarşı xoşbəxtliyini bölüşdüyü üçün çox da sərt olmaq lazım deyil”.

İranda qüvvədə olan şəriət qaydalarına görə qadınlara ictimai yerlərdə başını açmağa və bədəni göstərən paltar geyməyə icazə verilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG