Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:32
.

APA informasiya agentliyinin xəbərinə görə, mayın 22-də Qobustan rayonunda İstirahət-əyləncə Mərkəzində elektrokar aşıb, bir uşaq həlak olub, bir neçə nəfər də yaralanıb.

Qobustan rayon prokurorunun köməkçisi Eldəniz Əhmədovdan aldığımız məlumata onlar hazırda hadisə araşdırma aparırlar.

Bakı Oksford Məktəbinin müəliim və şagirdləri istirahət mərkəzində əylənirmişlər. Ölən uşaq məktəbin 10 yaşlı şagirdi olub. Daha bir şagird və müəllim bədən xəsarəti alıb.

Faktla bağlı Qobustan rayon prokurorluğunda araşdırma aparılır.

Qobustan rayon Prokurorluğundan APA-ya bildirilib ki, hadisə ilə bağlı hələlik saxlanılan yoxdur. Faktla bağlı araşdırma aparılır.

İstirahət mərkəzinin sahibi Naina Bakaldina bildirib ki, elektrokarı yaralanan müəllimə idarə edirmiş. “O, dairəvi yolda idarəetməni itirib və elektrokar aşıb”, - deyə o bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG