Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:15

BDU-nun 3 tələbəsinin saxlandığı haqda xəbərlər var


Bakı Dövlət Universiteti

Bakı Dövlət Universiteti

Mayın 23-də Bakı Dövlət Universitetinin (BDU) tələbələri Sübhan Qənbərli, Tamerlan Fərzalı və Hüseyn Qarasulunun polis tərəfindən saxlandığı bildirilir. Bu haqda AzadlıqRadiosuna universitetin tələbəsi, “Azad Gənclik” Təşkilatı İdarə Heyətinin üzvü Orxan Rüstəmzadə məlumat verib:

“Bu gün xəbər yayılmışdı ki, universitetin həyətində aksiya keçiriləcək. Əslində bu şayiə idi. Adı çəkilən tələbələr keçən aksiyalarda aktiv iştirak etmişdi deyə, gəlib onları tutub aparıblar. Tutulandan bir müddət sonra Ceyhun Qənbərli mənə belə bir mesaj yazdı: “Polislər bizi baş idarəyə aparır”. Ancaq, hansı rayonun baş idarəsinə aparıldıqları haqda yazmayıb”.

Bir müddət öncə adıçəkilən gənclər universitetdə maarifləndirmə aparmaq üçün “Sarmaşıq” hərəkatı yaradıblar.

Deyilən hadisə Yasamal rayon ərazisində baş verdiyindən rayonun polis idarəsi ilə əlaqə saxladıq. İdarədən tələbələrin saxlanmasından xəbərsiz olduqlarını bildirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG