Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:15
Azərbaycanda ilk dəfə uşaq mahnılarından ibarət “Bu, mənəm” albomu işıq üzü görüb. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, albom 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hazırlanıb.

Alboma Azərbaycanın istedadlı balaca ulduzları, Azərbaycanı Avroviziya müsabiqəsində təmsil edən uşaqlar, həmçinin bir çox müsabiqələrin qalibləri tərəfindən ifa edilən mahnılar salınıb.

Layihənin rəhbərləri bəstəkarlar Bəbir Bəbirov və Ülviyyə Bəbirli-Vəliyevanın sözlərinə görə, diskin buraxılmasının məqsədi uşaq mahnılarının təbliği, istedadlı uşaqlara dəstəkdir.

Bakı Caz Mərkəzinin təşkilati dəstəyi və "Ok" jurnalının informasiya dəstəyi ilə mayın 27-də “Bu, mənəm” adlı diskin təqdimatı və konsert proqramı keçiriləcək.

Konsertdə Azərbaycanda ilk dəfə “Rəngarəng duyğular” uşaq rəsm studiyasının moda nümayişi də olacaq.

Konsertdən sonra Jazz Band öz ifası ilə dinləyicilərə gözəl musiqi dəqiqələri bəxş edəcək.

Tədbirdə istedadlı uşaqlara dəstək aksiyası da keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG