Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:21

AŞPA prezidenti Bakıda rəsmilərlə siyasi məhbuslar siyahısını müzakirə edib


Mayın 23-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası keçirilib. Bu iclasda iştirak üçün bakıya gələn AŞPA prezidenti Anne Brasseur mətbuat konfransı keçirib. Onun konfransda söylədikləri əsas fikirlrədən qeydlər:

- Avropa İnsan Haqları Məhkəməsi dünən İlqar Məmmədovla bağlı vacib qərar qəbul edib. Onun məhkəmə işi Konvensiyanın pozuntusuna səbəb olub. Sadəcə ümid edə bilərəm ki, İlqar Məmmədov sərbəst buraxılacaq.

- Bir necə həftə əvvəl müraciət etmişdim ki, həbsdə olan məhbuslar, eləcə də İlqar Məmmədovla görüşüm. Amma bu görüş alınmadı. Gələn dəfə Azərbaycana səfər etdikdə onlar yenə həbsdə olsalar mən yenə də onlarla görüşməyə çalışacam.

- İkitərəfli görüşlərimdə də qeyd etdim ki, bizim Assambleyanın üzvü Rene Rukenin vizasının ləğv edilməsi bizim üçün qəbuledilməz haldır. Bu Paris protokolunun pozulması deməkdir.

- Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı müzakirələr keçirilib. Monitorinq Komitəsinin Azərbaycanla bağl hesabatında siyasi məhbuslar məsələsinə toxunulub. Dünən qeyri-hökumət təşkilatları nümayəndələri ilə görüşdə bizə siyahı verildi. Mən həmin siyahının nüsxələrini prezident İlham Əliyevə və spiker Oqtay Əsədova vermişəm. Belə bir siyahı var, o adamların azad olunmasını tələb edirik.
“Sizin fikrinizcə, Krımın, Cənubi Osetiyanın, Abxaziyanın işğalı ilə Dağlıq Qarabağın işğalı arasında Avropa dəyərlərində hansı fərqlər var?” sualına cavab:

- Xeyr. Biz eyni bir icmanın üzvləri olduğumuza görə dəyərlərimiz də fərqli olmamalıdır. Əlbəttə, ikili standartlara yol verməməliyik. Münaqişələr məsələsində də dəyərlərimizdə fərq olmamalıdır. Çünki ərzi bütövlüyü də bizim ən ümdə dəyərimizdəndir. Bu dəyərədə də biz bütün ölkələrə münasibətdə mütləq sadiq qalmalıyıq.

"AŞPA-nın Azərbaycana məruzəçi təyin etdiyi Cristofer Strasserə də viza verilməmişdi. Amma o vaxt AŞPA Bürosu bununla bağlı heç bir qərar qəbul etmədi. Niyə məhz işğal altındakı Azərbaycan ərazilərinə icazəsiz getmiş Rene Rukeyə viza verilməməsi ilə bağlı qərar qəbul edildi” sualına cavab:

- Hüquqi-noqteyi nəzərdən bu məsələ Strasserin məsələsindən tamamilə fərqlidir. Ona viza verilməmişdi. Burda isə verilmiş viza ləğv edilib. Bu da tamamilə qəbuledilməzdir.

Paris Protokoluna görə, bizim bütün üzvlərin bütün ölkələrdəki iclaslarda gediş-gəliş hüququ təmin olunmalıdır. Bu hüquq təmin olunmadığı halda tətbiq olunan qayda həmin ölkələrdə iki il müddətinə iclasları keçirməkdən imtina etməklə bağlıdır. Bu, sadəcə Azərbaycana qarşı tətbiq edilməyib. Digər ölkələrdə də təkrar belə hal baş versə, onlara da eyni qayda tətbiq olunacaq.
XS
SM
MD
LG