Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:26

Səməd Seyidov Avropa Şurasının siyasi səhnədən silinə biləcəyini deyir


Səməd Seyidov
Səməd Seyidov
Iclasın sonunda Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov çıxış edib:

“Nəyə görə biz AŞPA üzvləri öz öhdəliklərimizdən - insan hüuqları, qanunların aliliyi və digər məsələlərdə danışanda Azərbaycan məsuliyyətli davranmağa dəvət edilir. Amma biz xahiş edəndə ki, bizim fundamental dəyərlərimiz nəzərə alınsın, xüsusilə ərazi bütövlüyümüz nəzərə alınsın, sadəcə ard-arda verilən bəyanatlarla rastlaşırıq. Nəticə görmürük."

Səməd Seyidov deyib ki, Azərbaycan Avropa şurasına qəbul olunanda əsas məqsəd Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə nail olmaq olub:

“Amma biz bu gün görürük ki, AŞ-a üzv olan ölkələrin əraziləri işğal olunur, günü-gündən ərazilərini itirirlər, dəstək verilmir. Əraziləri işğal olunmuş Gürcüstan, Azərbaycan qeyri-qanuni səfərlərə görə cəzalar tətbiq edir. Əminəm ki, sabah bu cəza işğal olunan Krım yarımadasına ora da qeyri-qanuni səfər edənlər olacaq”.

S.Seyidov qeyd edib ki, AŞ PA-ın qəbul etdiyi davranış qaydalarının 503-cü bəndinə görə qurumun üzvləri davranışlarına diqqət etməlidirlər:
"Biz başa düşürük ki, AŞPA sədrinin müavini hansısa ölkəyə səfərinin qarşısının alınması yaxşı hal deyil.

Amma nə üçün AŞ PA sədrinin müavini qurumun reputasiyasını gözləmir və belə davranışa yol verərək işğal olunmuş ərazilərə qeyri-qanuni səfərlər edir. Onu AŞ PA-nın nüfuzu yox, erməni lobbisi arasındakı nüfuzu maraqlandırır.

Biz təcili olaraq AŞ PA-da işğal olunmuş ərazilərlə bağlı alt komitə yaratmalıyıq. Terorçular, separatçılar bu gün artıq ailəmizə qədər gəlib çıxır. Biz gözümüzü açıb reallığı görməliyik.

Avropa Şurası artıq nüfuzunu itirir. Ərazi bütövlüyü prinsipi Avropa Şurasının mövcudluğu üçün əsas şərt olmalıdır. Əgər belə getsə Avropa Şurası Avropanın siyasi səhnəsində yox ola bilər. Dərhal toxunulmazılıq qaydalarına dəyişiklik olmalıdır, çünki təhlükəsizliklə bağlı vəziyyət çox ağırdır”.
XS
SM
MD
LG