Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:18

Abituriyentlərin 90%-i 150-dən aşağı bal toplayıb


«Bu il ali və orta ixtisas məktəblərinə I və IV ixtisas qrupu üzrə imtahan verən əvvəlki illərin abituriyentlərinin imtahan nəticələri çox aşağıdır».

APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mayın 23-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu il I ixtisas qrupu üzrə imtahan vermiş əvvəlki illərin 13 minə yaxın məzunun 90%-i 150 baldan aşağı nəticə göstərib: «Bu qrupda abituriyentlərin yalnız 10%-i 150 baldan yüksək nəticə göstərə bilib. IV ixtisas qrupuna sənəd verən abituriyentlər arasında 2 cür kontingent var. Bir kontingent Azərbaycan Tibb Universitetinə hazırlaşır və yüksək nəticə əldə etmək istəyir. Digər kontingent isə yalnız idmançı olmaq istəyir. Bilirəm ki, onlar üçün də yalnız 100 bal toplamaq lazımdır».

TQDK sədri qeyd edib ki, IV qrup üzrə 5 minə yaxın abituriyentin nəticəsi də ürəkaçan deyil: «Onların 90%-nin göstərdiyi nəticə 100 baldan aşağıdır. Abituriyentlərin yalnız 10%-i 100 baldan yuxarı nəticə göstərib. Əvvəlki illərin məzunu olmuş abituriyentlər arasında 400, 500, 600 bal toplayan da olub. Orta rəqəmlər onu göstərir ki, imtahanda iştirak etmiş əvvəlki illərin məzunlarının 50%-i imtahanda 50 baldan aşağı nəticə göstərib».

Günün bütün mövzuları

XS
SM
MD
LG