Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:32

Suriyada seçki çadırı atəşə tutulub, 22 nəfər ölüb


Suriyanın cənubundakı Deraa vilayətində üsyançılar seçki kampaniyasının aparılması üçün qurulmuş çadırı atəşə tutub. Azı 22 nəfər ölüb.

Ölənlərin 11-i adi vətəndaşlar olub. Onlardan biri uşaqdır. Yaralıların sayı isə 30-u keçib.

İyunun 3-də Suriyada prezident seçkiləri keçiriləcək. Çoxlarının fikrincə, seçkidə indiki prezident Bashar Assad qələbə qazanacaq. Onun opponentləri bu seçkini tanımır.


2011-ci ildən Suriyada başlanan qanlı qarşıdurmalarda 160 min adam ölüb. Milyonlarla adam ev-eşiyindən didərgin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG