Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:31
-

Tovuzun 3 dağlıq kəndində 2 gündür enerji verilmir. Bu barədə Tovuz rayon Elektrik Şəbəkəsindən məlumat veriblər. Məlumata görə, mayın 22-də güclü ildırım çaxması nəticəsində rayonun Baqallı, Mollayrım və Kirən dağ kəndlərinə gedən elektrik naqilləri yanıb. Hazırda enerjinin bərpa olunması istiqamətində işlər aparılır.

Şəbəkədən verilən məlumata görə, ötən gün Qovlar şəhərində 110 kilovoltluq yarımstansiya da yararsız hala düşüb. Axşam saatlarına qədər rayon mərkəzi də daxil olmaqla, 12-ə yaxın kənd işıqsız qalıb.

Mayın 22-də rayona yağan güclü leysan nəticəsində Tovuzun İbrahim Hacılı, Bayramlı, Çapaq, Kirən, İsəkənd, Qarabağlılar, Ağdərə və digər kəndlərinin yolları bərbad hala düşüb.

Bundan başqa kəndlərdə yaşayış evlərinə su dolub. Bəzi evlərin divarlarında çatlar əmələ gəlib, təsərrüfatlara ziyan dəyib.
XS
SM
MD
LG