Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:33
-

«Azərbaycan Hava Yolları» (AZAL) QSC-nin Gəncə nümayəndəliyinin rəhbəri Çingiz Fətəliyevin verdiyi məlumata görə, Gəncədən birbaşa Antalyaya reys açılır.

Məlumata görə, ilk uçuş gələn ayın 27-də olacaq.

Uçuşlar müasir və komfortlu 106 yerlik «Embraer 190» tipli təyyarə ilə həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Gəncədən uçuş vaxtı saat 12:20, Antalyaya eniş vaxtı Türkiyə vaxtı ilə 13:05-də olacaq. Antalyadan uçuş vaxtı isə Türkiyə vaxtı ilə saat 14:05, Gəncəyə eniş vaxtı isə bizim vaxtla saat 18:30-da olacaq.

Ç. Fətəliyev onu da bildirib ki, uçuşların qiyməti bir tərəfə 283 manat, iki tərəfə 538 manat olacaq.
XS
SM
MD
LG